Bank Of Baku

Göyçayda avtomobil dairəvi yolayrıcına çırpılıb, sürücü ağır xəsarət alıb

Göyçayda avtomobil dairəvi yolayrıcına çırpılıb, sürücü ağır xəsarət alıb
# 28 aprel 2018 08:25 (UTC +04:00)

Göyçay rayonunda sürücünün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə Göyçay şəhər sakini, 1990-cı il təvəllüdlü Rəsulov Səfər Zöhrab oğlu 23-BE-002 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun ortasındakı dairəvi yolayrıcına çırpılıb.

 

Hadisə zamanı sürücü ağır xəsarətlər alıb və çoxlu qan itirərək koma vəziyyətinə düşüb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı  Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR