Brenda Şaffer: “Azərbaycanın ABŞ-la, həmçinin İsraillə dostluq münasibətlərinə mane olmaq istəyən qüvvələr var”

Brenda Şaffer: “Azərbaycanın ABŞ-la, həmçinin İsraillə dostluq münasibətlərinə mane olmaq istəyən qüvvələr var”
# 06 mart 2013 10:26 (UTC +04:00)

Vaşinqton. N. Kazımova-APA. “Rəsmi Tehran yaxşı bilir ki, İranın nüvə obyektlərinə dəqiq zərbələr endiriləcəyi təqdirdə bu ölkə üçün əlçatan Qərb hədəfi sərhəddən kənarda yerləşir. Bununla əlaqədar Azərbaycanda ABŞ və İsrail səfirliklərinə, ravvinə qarşı planlaşdırılan terror aktlarını xatırlamaq kifayətdir”. Bu fikirləri APA-nın Vaşinqton müxbirinin İranın hücum edəcəyi təqdirdə ABŞ və İsrailin Azərbaycana verə biləcəyi təhlükəsizlik qarantiyaları ilə bağlı sualına cavabında Xayfa Universitetinin professoru Brenda Şaffer deyib.

O bildirib ki, İran üçün müsəlman, lakin İsraillə sıx əlaqələri olan Qərbyönümlü dövlətə hücum etmək çətin olmaz: “Eyni zamanda İranla Azərbaycanın sərhədini hər iki istiqamətdə çoxlu şəxs keçir. Azərbaycanın ABŞ-la, həmçinin İsraillə dostluq münasibətlərinə mane olmaq istəyən qüvvələr var. Və təbliğat aparmaq üçün də imkanlar kifayət qədərdir. İnternet əsrində istənilən ideyanı bütün dünyaya yaymaq olar. “Foreing Policy”də yayımlanan məqaləni xatırlatmaq kifayətdir. Bu məqalənin müəllifi öz internet səhifəsində fəxrlə bildirir ki, Beyrutda Yasir Ərəfatın müşaviri olub. Sizi əmin edirəm ki, əgər Pentaqona hansısa informasiyanı sızdırmaq lazım olsaydı, onlar bu məlumatı “Nyu-York Tayms”a, “Vaşinqton Post”a sızdırardılar, daha özünü Yasir Ərəfatın müşaviri elan edən şəxsə yox. Bununla belə bir çoxları bu məsələni fakt kimi qəbul edib. Burada məqsəd İsraillə dostluq edən Azərbaycan hökumətinə problemlər yaratmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR