Bakı Ağır Cinayətlər Məhkəməsində banka basqın etməkdə təqsirləndirilən Nazim Məmmədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxış edərək N.Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə iyulun 10-da davam edəcək.
Qeyd edək ki, Bakı sakini Nazim Məmmədov bu il yanvarın 18-də "TuranBank"ın Yasamal filialına basqın edərək xəzinədarı bıçaqla hədələyib, pul tələb etməkdə təqsirləndirilir.
N. Məmmədov polis əməkdaşları tərəfindən tərksilah olunaraq tutulub.