Bank Of Baku

Prokuror Bakıda banka basqın edən şəxsə cəza istəyib

Prokuror Bakıda banka basqın edən şəxsə cəza istəyib
# 03 iyul 2018 14:20 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində banka basqın etməkdə təqsirləndirilən Nazim Məmmədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

APA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

 

 Prokuror çıxış edərək N.Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

 

Məhkəmə iyulun 10-da davam edəcək.

 

 

Qeyd edək ki, Bakı sakini Nazim Məmmədov bu il yanvarın 18-də "TuranBank"ın Yasamal filialına basqın edərək xəzinədarı bıçaqla hədələyib, pul tələb etməkdə təqsirləndirilir.

 

 N. Məmmədov polis əməkdaşları tərəfindən tərksilah olunaraq tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR