Bakı-APA. Çex Respublikasının xarici işlər nazirinin müavini Petr Drulakın başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, tələbə-müəllim heyəti ilə keçirilən görüşdə rektor, akademik Abel Məhərrəmov ölkələrarası münasibətlərdən, elm və təhsil sahəsində görülən işlərdən, Azərbaycan və Çex universitetləri arasındakı əməkdaşlıqdan, tələbə - müəllim mübadiləsi, birgə layihələr üzərində həyata keçirilən işlərdən bəhs edib.
Petr Drulak isə çıxışında bu görüşün əhəmiyyətindən söz açıb, Çex Respublikası - Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edib.
Qonaqlar universitetin Tədris elektron mərkəzi ilə tanış olduqdan sonra görüş Çexiya Respublikasının Xarici İşlər Nazirinin müavini Petr Drulakın universitet tələbələri üçün mühazirəsi ilə başa çatıb.