Apreldə INOGATE layihəsinin enerji statistikası mövzusunda konfransı keçiriləcək

Apreldə INOGATE layihəsinin enerji statistikası mövzusunda konfransı keçiriləcək
# 14 fevral 2013 11:30 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA-Economics. Aprelin 23-24-də Kopenhagen (Danimarka) şəhərində INOGATE layihəsinin “Milli və beynəlxalq siyasətdə enerji statistikasının strateji rolu” mövzusunda konfransı keçiriləcək.

APA-Economics”in INPI informasiya mərkəzinə istinadən xəbərinə görə, 11 ölkənin, o cümlədən Azərbaycanın enerji sektoruna cavabdeh qurumlarının, milli statistika orqanlarının nümayəndələri və deputatları iştirak edəcəklər.

Qeyd edək ki, INOGATE layihəsi Avropa Birliyi tərəfindən maliyyələşdirilən enerji sahəsində beynəlxalq əməkdaşlığın inkişaf proqramıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR