Gəncədə evdən 67 yaşlı kişinin meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini olan 1959-cu il təvəllüdlü F. Məmmədovun meyiti yaşadığı evdə aşkarlanıb.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Həmin şəxsin hansı şəraitdə ölməsi məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.