Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, "Opel" ilə "Chevrolet" markalı minik maşınları toqquşub. Zərbənin təsirindən "Opel" idarəetmədən çıxaraq yol kənarında dayan digər "Chevrolet" markalı minik maşınına və dayanacağa çırpılıb. Nəticədə 4 nəfər - 1977-ci il təvəllüdlü S.Bağırova, 1944-cü il təvəllüdlü D.Əsgərova, 1969-cu il təvəllüdlü F.Əsgərov və 1996-cı il təvəllüdlü R.İbrahimov xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.