“Neftçi”nin qapıçısı: “Serbiyada üzləşdiyim problem böyük biabırçılıq idi”

“Neftçi”nin qapıçısı: “Serbiyada üzləşdiyim problem böyük biabırçılıq idi”
# 14 avqust 2014 09:48 (UTC +04:00)

Bakı – APA. “Mənim Serbiyada üzləşdiyim problem böyük biabırçılıq idi. Özümüzü orada rüsvay etdik. Burada kimin günahkar olduğu önəmli deyil. Biz o hərəkəti etməməli idik”. Apasport.az xəbər verir ki, bu sözləri Serbiya mətbuatına açıqlamasında “Neftçi” klubunun qapıçısı Saşa Stamenekoviç deyib.

Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcəkləri “Partizan”la oyunlardan danışan qolkiper yetkin insan kimi belə problemlər yaratmamalı olduğunu bildirib: “Peşəkar futbolçuyam. İndi sizə söz verirəm ki, növbəti dəfə eyni problemlər yaşanmayacaq. Buna əmin ola bilərsiniz. Sadəcə, oyun üçün gələcəyik. Bizi düşündürən növbəti mərhələyə vəsiqə qazanmaq istəməyimizdir. Problem nə mənə, nə də “Partizan” azarkeşlərinə lazımdı. 2012-ci ildə Avroliqanın qrup mərhələsi zamanı yaşananlar hamısı bir səhv idi”.

Stamenekoviç Bakıda “Neftçi” rəhbərliyinin “Partizan” rəsmilərinə nahar verəcəyi təqdirdə, həmin tədbirə qatılmayacağını bildirib: “Ola bilər ki, “Neftçi” rəhbərliyi “Partizan”a qonaqlıq versin. Amma mən orada olmayacam. Çünki bu komandanın futbolçuları ilə bir stolda oturmaram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR