Baş həkim: “Təcili yardım helikopterlərindən yaralı döyüşçülərin daşınmasında da istifadə olunub”

Baş həkim: “Təcili yardım helikopterlərindən yaralı döyüşçülərin daşınmasında da istifadə olunub”
# 20 iyul 2016 10:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının bazasında Fransa istehsalı olan 2 helikopter var. Həmin helikopterlər ən son müasir tibbi avadanlıqlarla təchiz olunub.

APA-nın xəbərinə görə, bunu stansiyanın baş həkimi Mirələm Cavadov deyib. Onun sözlərinə görə, bu helikopterlər vasitəsilə rayonlarda olan ağır xəstələrin təcili başqa yerə evakuasiya olunması həyata keçirilir: “Helikopterlərin enə bilmədiyi yerlərdə xüsusi qurğularla xərəklər iplə aşağı salınır və xəstə evakuasiya olunaraq helikopterlərə mindirilir. Bu helikopterlərdən cari ilin aprelində cəbhədə baş verən döyüşlərdə də istifadə olunub və görülən işlər çox uğurla nəticələnib. Yaralılar vaxtında xəstəxanalara çatdırılaraq onlara yüksək yardım göstərilib".

M.Cavadov qeyd edib ki, son zamanlar müasir formada tikilən xəstəxanalarda helikopterlərin enməsi və qalxması üçün xüsusi sahələr var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR