Bank Of Baku

Kəngərlidə bir ailənin üzvləri qəzaya düşüb, körpə ölüb - FOTO

Kəngərlidə bir ailənin üzvləri qəzaya düşüb, körpə ölüb - FOTO
# 23 sentyabr 2026 14:42 (UTC +04:00)

Kəngərli rayonunda bir ailənin üzvləri qəzaya düşüb, körpə ölüb.

APA xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində baş verib. Belə ki, 77-KS-302 dövlət nömrə nişanlı "KİA" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü Quliyev Məğrur Məşur oğlu, onun həyat yoldaşı 2000-ci il təvəllüdlü Quliyeva Gülarə Elçin qızı xəsarət alıb. Onların övladı 2026-cı il təvəllüdlü Rəvan Qasımov həyatını itirib.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR