Bank Of Baku

Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb, xəsarət alanlar var

Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb, xəsarət alanlar var
# 26 iyul 2026 02:59 (UTC +04:00)

Naxçıvanda təcili tibbi yardım avtomobilinin aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.

Qəza zamanı "Mercedes" markalı təcili tibbi yardım avtomobili ilə "Chery" markalı avtomobil toqquşub və təcili tibbi yardım avtomobili aşıb.

Hadisə nəticəsində təcili tibbi yardım avtomobilində olan 3 nəfər və digər avtomobildə olan sürücü xəsarət alıb.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR