Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kosalar kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik maşını yolu keçmək istəyən 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub.
Piyada dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.