Bank Of Baku

Ağsuda 1 tondan çox çətənə kolu məhv edilib

Ağsuda 1 tondan çox çətənə kolu məhv edilib
# 25 iyun 2018 14:43 (UTC +04:00)

Ağsu rayonunda külli miqdarda narkotik xassəli çətənə kolu aşkarlanaraq məhv edilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu rayon Polis Şöbəsi əməkdaşları iyunun 25-də “Xaş-xaş-2018” tədbirlər planına uyğun olaraq, əməliyyat keçiriblər. Rayonun Göydəlləkli kəndində meşə massivindən yabanı halda bitən külli miqdarda narkotik xassəli çətənə kolları aşkarlanıb.

 

Hündürlüyü 1.5 metr, çəkisi 1 ton 50 kiloqram olan 2134 ədəd çətənə kolu kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR