Salyanda avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.
Hadisə nəticəsində ağır xəsarət alan kənd sakini Əsgərli Sahil xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.