Məhkəmə polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərli barəsində qərar verib.
APA-nın xəbərinə görə, bu gün Nərimanov rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib.
Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 236.2.4, -cü (Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə, zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə), 240.2.1-ci ( Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 240.2.2-ci (təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, vəkil Orxan Kəngərli “Alyans” Vəkil Bürosunun müdiridir.
***
08:50
Vəkil Orxan Rüstəm oğlu Kəngərli polis tərəfindən saxlanılıb.
APA-nın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli maddələri ilə ittiham olunur.
Qeyd edək ki, vəkil Orxan Kəngərli “Alyans” Vəkil Bürosunun müdiridir.