Gürcüstandan Azərbaycana qaçaqmal mobil telefonların keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qaçaqmal mobil telefonların keçirilməsinin qarşısı alınıb
# 12 sentyabr 2012 08:59 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Gürcüstandan Azərbaycana qanunsuz yolla mobil telefonların keçirilməsinin qarşısı alınıb.

APA-nın Dövlət Gömrük Komitəsinin saytına istindən verdiyi məlumata görə, “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Niyaz Qurbanovun idarə etdiyi “QAZ-31029” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş 150 ədəd “C10” markalı, 49 ədəd “Nokia 101” markalı və 176 ədəd “X202” markalı mobil telefonlar aşkar edilib.

Həmçinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Gürcüstan vətəndaşı Aleks Zirakaşvilinin idarə etdiyi “İJ 27156” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin yük yerində, döşəmənin üstündə qaynaq ilə bərkidilmiş halda dəmir örtük aşkar olunub. Həmin örtüyün altından isə müxtəlif markalı, cəmi 383 ədəd mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar: 347 ədəd qidalandırma cihazı, 349 ədəd akkumulyator, 349 ədəd karton qutu və 359 ədəd “qulaqcıq” aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR