İrana hücum olacağı təqdirdə Pakistan ABŞ-a kömək etməyəcək
17 fevral 2012 17:58 (UTC +04:00)
Baku-APA. Pakistan İrana hücum edəcəyi təqdirdə ABŞ-na heç bir yardım göstərməyəcək. Pakistan prezidenti Əli Asif Zərdari Əfqanıstan və İran prezidentləri ilə görüşdən sonra belə bir bəyanatla çıxış edib.
«Pakistan və İran bir-birilərinə lazım olduqları üçün xaricdən edilən diqtə altında hərəkət etməyəcəklər», deyə Zərdari bəyan edib.
İran-Pakistan qaz layihəsindən danışan Zərdari İslamabadın ABŞ-ın kiminlə ticarət əlaqəsi qurub-qurmamaq məsələsində ona göstəriş verməyinə dözməyəcəyini bildirib.
Öz növbəsində İran prezidenti Mahmud Əhmədinecat bir sıra ölkələrin bölgənin işlərinə müdaxilə etdiklərini və burada öz hegemonluğunu təsdiq etmək istədiklərini vurğulayıb. Əhmədinecatın sözlərinə görə, üç ölkə arasında heç bir qlobal problem yoxdur və bölgədəki bütün problemləri xarici qüvvələr yaradırlar.

Asiya
Türkiyənin vitse-prezidenti və XİN başçısı İrana səfər edəcək
14:32
21 may 2024
Bəşər Əsədin həyat yoldaşında yenidən xərçəng xəstəliyi aşkarlanıb
13:24
21 may 2024
Hindistanda avtobusun aşması nəticəsində 2 nəfər ölüb, 40 nəfər yaralanıb
13:15
21 may 2024
Helikopter qəzasında həlak olan İran Prezidenti və digərləri ilə Təbrizdə vida mərasimi keçirilir - VİDEO
10:36
21 may 2024