Niderland baş nazirinin müavini: “Azərbaycana səfərim çox maraqlı keçir”

Niderland baş nazirinin müavini: “Azərbaycana səfərim çox maraqlı keçir”
# 13 sentyabr 2012 11:27 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. “Niderland baş nazirinin müavini və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi olaraq Azərbaycana səfərim çox maraqlı oldu. Mən bura tək deyil, biznesmenlərlə gəlmişəm ki, iki ölkə arasında olan tərəfdaşlıq imkanlarını daha da intensivləşdirmək imkanı yaransın”. APA-nın xəbərinə görə, bunu Niderland Krallığının baş nazirinin müavini Maksim Verhagen jurnalistlərə açıqlamasında deyib.

2009-cu ildə Niderland Krallığının xarici işlər naziri olarkən Azərbaycanda ölkəsinin səfirliyinin açılması təşəbbüsü ilə çıxış etdiyini xatırladan M. Verhagen bu gün bunun nəticəsini gördüyünü deyib: “Biznes əməkdaşlığında çox dəyişikliklər görürəm. Düşünürəm ki, iki ölkə arasında mövcud təcrübə imkan yaradır ki, Azərbaycana energetika, kənd təsərrüfatı və digər sahələrdə bir sıra əməkdaşlıq təklifləri edilsin”.

Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünü deyən baş nazirin müavini görüşdə biznes əməkdaşlı sahəsində imkanlar, demokratiya, insan haqları və Azərbaycanın qonşu ölkələrlə stabil əlaqələrinin güclənməsi barədə müzakirələr aparıldığını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR