“Elm haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq

“Elm haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq
# 31 oktyabr 2012 10:16 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycanda yeni hazırlanan “Elm haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin Təhsil və Elm Komitəsinin sədri Şəmsəddin Haçıyev deyib. Onun sözlərinə görə, qanun layihəsinin 2013-cü ilin Dövlət büdcəsinin layihəsi müzakirə edildikdən sonra müzakirəyə çıxarılması nəzərdə tutulur.

Ş.Hacıyev bildirib ki, “Elm haqqında” qanun layihəsi ölkədəki elmi işçilərin sosial müdafiəsinə də imkan verəcək: “İndiyə qədər elm sahəsi ilə bağlı belə bir qanun layihəsi olmayıb. Bu qanun elmin inkişafı üçün lazım olan proseslərin qanun müstəvisində həyata keçirilməsinə imkan yaradacaq. Qanun layihəsi elmi sahədə çalışmaq istəyənlər üçün heç bir ayrı-seçkiliyə yol vermədən elmi fəaliyyətlə məşğul olmasına yeni baza yaradılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR