Rusiya XİN: “Qafqaz 2012” hərbi təlimi Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyinə təhdid törətmir

Rusiya XİN: “Qafqaz 2012” hərbi təlimi Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyinə təhdid törətmir
# 20 sentyabr 2012 15:39 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Rusiyanın cənubunda keçirilən “Qafqaz-2012” hərbi təlimi Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyinə təhdid törətmir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaçeviç bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, “Qafqaz-2012” hərbi təlimi Rusiya silahlı qüvvələrinin döyüşə hazırlığını yoxlamaq üçün keçirdiyi ənənəvi təlimlərdən biridir: “Bu təlim heç bir ölkəyə qarşı keçirilmir”.

Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazir Qriqol Vaşadze Rusiyanın keçirdiyi “Qafqaz-2012” hərbi təliminin Cənubi Qafqaz ölkələrinin, Gürcüstanın və o cümlədən Azərbaycanın təhlükəsizliyini təhdid etdiyini bəyan edib.

Aleksandr Lukaşeviç Gürcüstan XİN başçısının bu bəyanatını xəstə təfəkkürün məhsulu adlandırıb: “Bu təlimin Azərbaycanın təhlükəsizliyinə təhdid olduğu paranoyadır. Çünki, Rusiya Federasiyasını Azərbaycanla sıx əlaqələr bağlayır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR