Ermənistanda hərbi maşın qəzaya düşüb, 1 əsgər ölüb, 9-u yaralanıb

Ermənistanda hərbi maşın qəzaya düşüb, 1 əsgər ölüb, 9-u yaralanıb
# 25 sentyabr 2012 11:57 (UTC +04:00)
APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 16:30-da baş verib. “QAZ 33081” markalı hərbi maşının aşması nəticəsində 9 əsgər xəsarət alıb.

Ağır yaralanmış Qor Qaltsyan adlı əsgər isə hadisə yerindəcə ölüb. Arutun Kirakosyan adlı əsgərin vəziyyətinin də ağır olduğu bildirilir.

Yaralı əsgərlər Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hospitalına yerləşdiriliblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR