Tacikistanda “Facebook”a giriş bağlanıb

Tacikistanda “Facebook”a giriş bağlanıb
# 05 mart 2012 11:24 (UTC +04:00)
Bakı - APA-Economics. Tacikistanın internet provayderləri bu gün səhərdən etibarən bəzi saytlara, o cümlədən populyar “Facebook” sosial şəbəkəsinə girişi bağlayıb.

APA-Economics”in “AsiaPlus”a (http://news.tj) istinadən xəbərinə görə, bu barədə provayderlərə Tacikistan hökuməti yanında Rabitə Xidmətindən şifahi və ya yazılı xəbərdarlıq göndərilib, “yaranmış zərurətlə əlaqədar” bir sıra saytlara girişin bağlanması göstərişi verilib.

Provayderlərə göndərilən siyahılar müxtəlif olsa da, bağlanması zəruri olan dörd saytın adına bütün siyahılarda rast gəlinib. Bunlar Facebook.com, Zvezda.ru, Tjknews.com və Maxala.org saytlarıdır. Tacikistan hökuməti yanında Rabitə Xidməti hələlik məsələyə rəsmi münasibət bildirməyib.

Qeyd edək ki, indiyədək Tacikistanda Fergana.ru və Centrazia.ru saytlarına giriş bağlı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR