Əli Laricani: İranla “altılıq” arasında müzakirələr heç bir nəticə verməyəcək

Əli Laricani: İranla “altılıq” arasında müzakirələr heç bir nəticə verməyəcək
# 07 mart 2012 18:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran parlamentinin spikeri Əli Laricani ölkənin mübahisəli nüvə proqramına dair “altılıq”la keçirilməsi planlaşdırılan müzakirələrdə müvəffəqiyyət əldə ediləcəyindən şübhə duyduğunu bildirib. APA-nın İRNA-ya istinadən məlumatına görə, o deyib ki, “altılıq” ölkələri əvvəlki davranışlarını davam etdirəcəklərsə və ya təhdidlərə üstünlük verəcəklərsə, onda müzakirələr heç bir nəticə verməyəcək: “Dünya İranın nüvə silahı istehsal etmək niyyətində olmadığını bilir. Hətta İranın əlində belə bir silah olmadığını da bilir, amma bununla belə təzyiqi davam etdirir. Əgər bu ikili standart siyasətini davam etdirsələr, görüşdən bir şey əldə edə bilməzlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR