DSMF: Azərbaycanda pensiyaların orta aylıq məbləği beynəlxalq göstəricilərə çatdırılıb

DSMF: Azərbaycanda pensiyaların orta aylıq məbləği beynəlxalq göstəricilərə çatdırılıb
# 25 iyul 2012 12:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyulun 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 273 640 nəfər təşkil edib.

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, onlardan yaşa görə əmək pensiyası alanların sayı 803 400 nəfər, əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 335 680 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 134 560 nəfər olub.

«Azərbaycan prezidentinin müvafiq sərəncamına uyğun olaraq 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9%-lik artım tətbiq olunub. Cari ilin 6 ayının göstəricilərinə əsasən, hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manat təşkil edir. Azərbaycanda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40%-ə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti isə 45%-ə çatıb. Bununla da son illər ərzində sığorta-pensiya sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qeyd olunan sahədə beynəlxalq aləmdə qəbul edilmiş mühüm göstəricilərə nail olunub», - deyə Fondan bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR