ARDNŞ-ın Monteneqroda turizm layihəsi üzrə tenderə qatılmasının səbəbi açıqlanıb
11 iyul 2012 14:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Monteneqroda turizm layihəsi üzrə tenderə qatılması şirkətin planları deyil və Azərbaycanın turizm şirkətlərinə dəstək göstərilməsi məqsədi daşıyır.
“APA-Economics”in xəbərinə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bəzi turizm şirkətləri həmin layihədə tenderə qatılmaq istəsələr də, imkanları tenderdə qoyulan tələblərə cavab verməyib: “Ona görə də ARDNŞ Azərbaycanın ən böyük şirkəti və iqtisadiyyatının lokomotivi olaraq, eləcə də beynəlxalq səviyyədə layihələr həyata keçirən və Avropada tanınan şirkət olaraq Azərbaycanın turizm şirkətlərinə dəstək məqsədilə bu tenderə qatılıb”.
R.ABdullayev qeyd edib ki, ARDNŞ bu layihəyə investisiya qoymaq niyyətində deyil və belə planları da yoxdur: “Məqsəd Azərbaycanın turizm şirkətlərinə təşkilati və hüquqi dəstək göstərməkdir. Layihənin idarə olunması ilə Azərbaycanın turizm şirkətləri məşğul olacaq. ARDNŞ-ın hotel biznesi ilə məşğul olmaq planları yoxdur”.

Sənaye və energetika
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024
Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir
12:17
17 may 2024
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
09:34
17 may 2024
Azərbaycan 19 ölkəyə 4.3 mlrd. dollarlıq neft ixrac edib - Siyahı
16:16
16 may 2024