“Jalə” şirələri Küveytdə də satılacaq
08 fevral 2012 16:18 (UTC +04:00)
Bakı-APA. Ötən ilin martında Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü ilə “Küveyt-Azəri” Ticarət Müəssisəsi təsis olunub. Azərbaycanın Küveytdəki səfirliyindən APA-ya verilən məlumata görə, qurumun rəhbəri Küveytin nüfuzlu iş adamı Raid Əbdül Xıdır Hüseyn Rəcəb, idarə heyətinin fəxri üzvü Şeyx Talal Əl-Əli Əl-Abdullah Əl-Jaber Əl-Sabahdır.
Həmin müəssisənin təsis olunması ilə Küveyt və Azərbaycanın malik olduqları iqtisadi imkanların qarşılıqlı tanıdılması üçün tələb olunan güclü təbliğatın aparılması, habelə, Azərbaycanda istehsal olunan qida məhsulları və istehlak mallarının daxili bazara gətirilməsi üçün münbit şərait yaradılıb. Yuxarıda adı çəkilən şirkət tərəfindən ilk məhsul Küveytə artıq daxil olub. Bu, Azərbaycanın “Gilan Holding” Şirkətinin “Jalə” meyvə şirələridir. Bu məhsul Küveytin aparıcı qida dükanları şəbəkəsinə təqdim olunub və istehlakçılar tərəfindən rəğbətlə qarşılanıb. Bununla yanaşı, “Küveyt-Azəri” Ticarət Müəssisəsinin rəsmi internet səhifəsi yaradılıb (www.kuwaitazeri.com). İnternet səhifəsində Azərbaycan Respublikasının təbliğatı məqsədilə müvafiq materiallar və linklər öz əksini tapıb.

Sahibkarlıq
Kazan Forumunda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına dair dəyirmi masa keçirilib
18:24
17 may 2024
Mahayət Nəbiyev: “Kristal Abşeron" tikintidə enerji qənaəti üçün innovativ texnologiyalarda istifadə edir
17:35
17 may 2024
Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb
12:28
17 may 2024
Nazir müavini: Enerji keçidində maliyyələşdirmə ilə bağlı bütün maraqlı tərəflərlə işləməyə hazırıq
11:23
17 may 2024