Bakıda qeyri-qanuni tullantı sahələrində 60 min tondan çox tullantı toplanıb

Bakıda qeyri-qanuni tullantı sahələrində 60 min tondan çox tullantı toplanıb
# 25 sentyabr 2012 07:33 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tullantı sahələri Bakının Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ rayonlarında müəyyənləşdirilib. Aparılan hesablamalara əsasən, 160 hektara yaxın sahəni əhatə edən bu tullantı sahələrində 450 min tondan çox tullantı cəmlənib.

«Bu ilin avqust ayından başlayaraq qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi ilə bağlı hazırlıq işləri görülüb, tullantı sahələrinə baxış keçirilib, müvafiq İş Planı tərtib olunub», - deyə Nazirlikdən bildirilib.

Artıq qeyri-qanuni tullantı sahələrinin yığışdırılması və «Təmiz Şəhər» ASC tərəfindən zərərsizləşdirilməsi məqsədilə tullantıların Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınmasına başlanıb.
Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığındakı qeyri-qanuni tullantı sahəsinin təmizlənməsi nəticəsində 50 min ton, Xəzər rayonunda isə 10 min tona yaxın tullantının Balaxanı poliqonuna daşınması təmin edilib: «Tullantıların daşınması zamanı ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarına əməl olunmasına xüsusi diqqət yetirilir».

Hazırda Sabunçu rayonunun Maştağa qəsəbəsində qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi ilə bağlı işlər aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR