Azərbaycanın Xaçmaz rayonunda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - FOTOSESSİYA

Azərbaycanın Xaçmaz rayonunda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - <font color=red>FOTOSESSİYA</font>
# 21 avqust 2012 06:47 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, qəza Xudat-Nabran yolunun 17-ci km-də baş verib.

Nabrandan Xudat istiqamətində hərəkət edən, Quba rayon sakini, 22 yaşlı Füzuli Kərimovun idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsi ötmə əməliyyatı zamanı qarşı tərəfdən gələn “KİA” markalı minik avtomobilinə çırpılıb.

Nəticədə F. Kərimov, onun avtomobilində olan sərnişinlər - Quba şəhər sakinləri 22 yaşlı Rəvan Cəfərov, 20 yaşlı Tural Süleymanov və digər nəqliyyat vasitəsinin sərnişinləri - Bakı sakinləri, 19 yaşlı Nəriman Məsimov və 17 yaşlı Həsən Nəbiyev müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR