Nigeriyada daşqınlar nəticəsində 35 nəfər həlak olub

Nigeriyada daşqınlar nəticəsində 35 nəfər həlak olub
# 23 iyul 2012 18:57 (UTC +04:00)
Bakı-APA. Nigeriyanın mərkəzi ştatı Platoda güclü yağışlar və daşqınlar nəticəsində 35 nəfər həlak olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yerli Qırmızı Xaç komitəsi bildirib ki, 35 nəfərin cəsədi daşqınlar baş vermiş rayonda aşkarlanıb. 200-ə qədər ev su altında qalıb.


Hadisənin detalları barədə məlumat verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR