Tehran uranın zənginləşdirilməsini 20%-lə məhdudlaşdırmağa söz verib

Tehran uranın zənginləşdirilməsini 20%-lə məhdudlaşdırmağa söz verib
# 09 aprel 2012 21:25 (UTC +04:00)
Bakı-APA. İran məhdud həcmdə uranı yalnız 20%-dək zənginləşdirməyi planlaşdırır. Bu barədə İranın Milli atom proqramının rəhbəri Firudin Abbasi Press TV telekanalına bildirib.

«İran daxili istifadə üçün lazım olan həcmdə zənginləşdirilmiş uran əldə etdikdən sonra onun istehsalını dayandıracaq və biz cəmi 3,5%-dək zənginləşdirməyə də keçə bilərik», deyə Abbasi bəyan edib.

Bu qismən zənginləşdirilmiş uran yaxın illərdə Tehrandakı tədqiqat reaktorunda istifadə olunacaq. Abbasi bildirib ki, İran 20%-dən artıq zənginləşdirilmiş uranın istehsalı ilə ümumiyyətlə məşğul olmaq fikrində deyil.

Xatırladaq ki, atom bombasını yaratmaq üçün uran 80%-dən çox zənginləşdirilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR