“Azərsu”: Nizami rayonunun 8 km qəsəbəsində fasiləsiz su rejiminə nail olunacaq

“Azərsu”: Nizami rayonunun 8 km qəsəbəsində fasiləsiz su rejiminə nail olunacaq
# 14 may 2012 13:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Yaxın vaxtlarda paytaxtın 8-ci km qəsəbəsi və Suraxanı rayonunun Hövsan qəsəbəsinin böyük bir hissəsinə fasiləsiz rejimdə su vermək mümkün olacaq. «APA-Economics»in məlumatına görə, bunu «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərinin əsasən mövcud şəbəkələri üzərində maksimum işlər aparılır ki, yay aylarında insanların su təminatı ən azından ötən ilkindən yaxşı olsun: «Bir sıra tədbirlər artıq öz həllini tapıb. Belə ki, «+160 Şimal» anbarından çəkilən yeni su xətti Binəqədi və Nəsimi rayonları ərazisindəki mikrorayonlarda, Azadlıq prospekti boyunca demək olar ki, 40 minə qədər insanın fasiləsiz rejimdə su təminatına imkan verir. «+110 Şərq» anbarının yenidən qurulması, orada suyun anbara girişi və anbardan çıxışının səmərəli tənzimlənməsi istiqamətində işlər aparılır. Həmin yerdən Elşən Süleymanov küçəsi boyunca Bakıxanov qəsəbəsinə qədər magistral su xətti çəkilir və bununla Bakıxanov qəsəbəsinin də fasiləsiz su təminatı mümkün olacaq”.

Sədr eyni zamanda Nizami rayonunun 8 km qəsəbəsində fasiləsiz su rejiminə nail olunacağını da bildirib: «Bundan başqa, Hövsan qəsəbəsi üçün xüsusi əhəmiyyət daşıyan layihə həyata keçirilir. Hövsanda yeni xəttin inşasına başlamışıq və onu mövcud kəmərə birləşdirəcəyik. Paralel olaraq dəniz səviyyəsindən 70 metr hündürlükdə yerləşən həcmi 20 min kubmetr olan anbar kompleksində son tamamlama işləri gedir, bunlar başa çatandan sonra illərdir içməli sudan əziyyət çəkən Hövsan qəsəbəsinin böyük bir hissəsinə fasiləsiz rejimdə su vermək mümkün olacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR