Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə 1 qızıl və 2 bürünc medal qazanıblar

Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə 1 qızıl və 2 bürünc medal qazanıblar
# 20 iyun 2012 09:25 (UTC +04:00)
Bakı-APA. Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı keçirilir. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə sərbəst güləş üzrə 4 çəki dərəcəsində ən güclülər müəyyənləşib. Azərbaycan millisi bu çəkilərdə 1 qızıl və 2 bürünc medal əldə edib.

Belə ki, 60 kq çəki dərəcəsində Əhmədnəbi Qvarzatilov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanaraq Avropa çempionu adına layiq görülüb. Təmsilçimiz qələbəyə gedən yolda Moldova, Albaniya, Rusiya və Türkiyə güləşçilərini məğlubiyyətə uğradıb.

74 kq çəkidə Elcan Usubzadə və 96 kq-da Səid Həmidov çempionatın bürünc mükafatını qazanıblar. Həlledici görüşdə güləşçilərimiz müvafiq olaraq, ukraynalı Sergey Odinak və gürcü Omar Qusoşviliyə qalib gəliblər.

Bu gün gənclərin Avropa çempionatında böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Qalib Əliyev (55 kq), Bəxtiyar İsrafilli (66 kq), Pərviz Axundov (84 kq) və Əli Maqomedibirov (120 kq) mübarizəyə qoşulacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR