Bakı şəhərində 300-dən çox uşağın vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilib

Bakı şəhərində 300-dən çox uşağın vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilib
# 16 avqust 2013 14:14 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Bu il vaxtından əvvəl I sinfə qəbulla bağlı respublika üzrə müraciətlərin sayı 4000-dən çoxdur. Nazirliyin APA-nın bununla bağlı sorğusuna cavabında qeyd olunub ki, qəbul prosesinə yalnız Bakı şəhərində başlanılıb. Bölgələrdə bu proses avqustun 20-dən sonra başlanacaq. Bakı şəhəri üzrə indiyədək 2300 nəfərdən çox ərizə qeydiyyata alınıb. 600 nəfərdən çox uşaq artıq müsahibədən keçirilib, onlardan təxminən 50 faizinin I sinfə qəbuluna razılıq verilib.

Qeyd edək ki, Təhsil naziri Mikayıl Cabbarovun “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə 17.07.2013 – cü il tarixli, 739 № - li əmrinə əsasən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nı təmin etmək məqsədilə valideynlərin ərizələri iyulun 20-dən avqustun 20-dək qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR