Azərbaycan və Rusiya arasında rouminq tarifləri azaldılır

Azərbaycan və Rusiya arasında rouminq tarifləri azaldılır
# 03 dekabr 2013 08:39 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, artıq məsələ ilə bağlı Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov ilə danışıqlar aparılıb.

«Bu gün bu, ən böyük problemlərdən biridir. Biz ikitərəfli şəkildə qiymətlərin endirilməsinə çalışırıq», - deyə nazir Ə.Abbasov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR