Nazir müavini: “Qadın müəllimələrin sayının kişi müəllimlərin sayından çox olmasına müdaxilə edə bilmərik”

Nazir müavini: “Qadın müəllimələrin sayının kişi müəllimlərin sayından çox olmasına müdaxilə edə bilmərik”
# 15 mart 2014 12:11 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

O bildirib ki, bu elə məsələdir ki, bura süni şəkildə müdaxilə edib, vəziyyəti qısa bir zaman ərzində dəyişmək real görünmür.

Nazir müavini onu da əlavə edib ki, elə ixtisaslar var ki, yüksək bal toplayan abituriyentlər onlara deyil, prestijli sayılan ixtisaslara maraq göstərir: “Ancaq bu o demək deyil ki, bu ixtisaslar Təhsil Nazirliyi və Azərbaycan dövləti üçün daha az əhəmiyyətlidir. Çalışırıq ki, stimullaşdırıcı tədbirlər, yüksək təqaüdlər tətbiq etməklə yüksək bal toplayanları həmin istiqamətlərə cəlb etməyi təmin edək”.

Növbəti tədris ilində hansısa ixtisasa qəbulun dayandırılmasının gözlənilmədiyini deyən nazir müavini qeyd edib ki, məsələnin belə kəskin qoyulmasını düzgün hesab etmirlər: “Qəbulda olan ixtisaslara hər hansı şəxslərin marağı varsa, bu marağı təmin etmək dövlətin vəzifəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR