Avropa Birliyi ölkələri xarici işlər nazirləri “Şərq tərəfdaşlığı” sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər

Avropa Birliyi ölkələri xarici işlər nazirləri “Şərq tərəfdaşlığı” sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər
# 14 noyabr 2013 13:09 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Noyabrın 18-də Brüsseldə Avropa Birliyinin Xarici Əlaqələr Şurasının növbəti iclası keçiriləcək. APA-nın AB mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, AB ölkələri xarici işlər nazirləri “Şərq tərəfdaşlığı” sammitinə hazırlıq məsələlərini və toplantının yekununda imzalanacaq Bəyannamənin ilkin variantını müzakirə edəcəklər.

Xatırladaq ki, “Şərq tərəfdaşlığı” sammiti noyabrın 28-29-da Vilnüsdə keçiriləcək. Zirvə toplantısı çərçivəsində Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR