Vaşinqtonda Cənub qaz dəhlizinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Vaşinqtonda Cənub qaz dəhlizinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 12 sentyabr 2013 07:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sentyabrın 13-də Vaşinqtonda (ABŞ) «Azərbaycan və Avropa Cənub qaz dəhlizi: ABŞ və Avropa enerji təhlükəsizliyi üçün nəticələr» mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycanı bu tədbirdə Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Gülmira Rzayeva təmsil edəcək.

Mərkəzdən «APA-Economics»ə verilən məlumata görə, konfrans «Azərbaycan, Avropa İttifaqı və Avropa qaz dəhlizi» və «Trans-Adriatik Boru Kəməri: Cənub-Şərqi Avropa və Şərq Aralıq dənizi üçün nəticələr» mövzulu iki paneldən ibarət olacaq.

G.Rzayeva «Azərbaycanın Cənub qaz dəhlizinin genişləndirilməsində rolu» mövzusunda çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR