Azərbaycanda Bolonya prosesinin tətbiqi üzrə universitetlərarası komitə yaradılacaq

Azərbaycanda Bolonya prosesinin tətbiqi üzrə universitetlərarası komitə yaradılacaq
# 13 iyun 2014 14:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ölkədə aztəminatlı gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanacaq.

Ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın təkmilləşdirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqi aparılacaq. Bu ildən dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqinin genişləndirilməsi, ali təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması nəzərdə tutulur.

Dövlət sifarişində iştirak edəcək universitetlərin seçim meyarları hazırlanacaq. Ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə cavab verən müasir kadr hazırlığının təmin edilməsi, habelə ali təhsil proqramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədi ilə tədris proqramlarına (standartlarına) yenidən baxılacaq. Bolonya prosesinin tətbiqi üzrə universitetlərarası komitənin yaradılması, abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması, orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsi prioritetlərdə əks olunub.

SABAH (savadlı, bacarıqlı, hazırlıqlı) qruplarının təşkili, ali təhsil müəssisələrinin fəaliyyətinin effektivliyinin təmin olunması, tələbə qəbulu planının formalaşdırılmasına dair yanaşmaların təkmilləşdirilməsi də bu il həyata keçiriləcək islahatlar sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR