Fransua Olland bir qrup hüquq müdafiəçisi, jurnalist və siyasətçi ilə görüşüb

Fransua Olland bir qrup hüquq müdafiəçisi, jurnalist  və siyasətçi ilə görüşüb
# 12 may 2014 14:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda səfərdə olan Fransa prezidenti Fransua Olland bir neçə siyasətçi, jurnalist və QHT rəhbərini qəbul edib.

APA-nın xəbərinə görə, Fransanın Azərbaycandakı səfirliyində keçirilən görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, REAL Hərəkatının Məclis sədri Erkin Qədirli, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl iştirak ediblər.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət barədə müzakirə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR