Moskva birjasında dolların kursu 56 rubla enib

Moskva birjasında dolların kursu 56 rubla enib
# 22 dekabr 2014 09:41 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün səhər saatlarında Moskva birjasında dolların kursu 56 rubla enib.

APA-Economics”in Lenta.ru saytına istinadən verdiyi xəbərə görə, avronun kursu 69 rubldan aşağı düşüb.

Ekspertlər baş verənləri Rusiya Mərkəzi Bankının iqtisadiyyatda rublun həcminin azaldılması və banklararası bazarda faiz dərəcələrinin artırılması ilə əlaqələndirir: “Bu gün valyuta bazarında rublunun likvidliyində problemlər var. Banklararası bazarda faiz dərəcələri çox yüksəkdir və banklar xarici valyutanı satmaq məcburiyyətindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR