Qazaxıstanlı magistrantlar BDU-da təlim keçiblər

Qazaxıstanlı magistrantlar BDU-da təlim keçiblər
# 25 fevral 2015 11:03 (UTC +04:00)

Bakı - APA. Bakı Dövlət Universiteti (BDU) və Ş.Esenov adına Texnologiya və Mühəndislik Xəzər Dövlət Universiteti arasında 1 iyul 2010-cu il tarixində imzalanmış memorandum çərçivəsində bir qrup qazaxıstanlı magistrant Bakı Dövlət Universitetində olublar.

BDU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qazax dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan magistrantlar türkologiya kafedrasında qədim türk ədəbi abidələri, müasir türk dilləri, Azərbaycan dili tarixi, orta əsr türk yazılı abidələri fənləri üzrə təlimlərdə iştirak ediblər.

Magistrantlar eyni zamanda universitetin Abay Mərkəzinin təşəbbüsü ilə filologiya fakültəsinin 3-cü kurs tələbələri ilə görüşüblər. Gənc qazax alimləri tələbələrə qazax ədəbiyyatı və ədəbiyyatşünaslıqda mövcud olan müasir tendensiyalar haqqında məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR