İqtisadi inkişaf naziri əhali ilə növbəti regional görüşü Şirvanda keçirəcək

İqtisadi inkişaf naziri əhali ilə növbəti regional görüşü Şirvanda keçirəcək
# 16 aprel 2013 11:38 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin regionlarda növbəti qəbulu aprelin 20-də Şirvan şəhərində keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, saat 10:00-dan etibarən Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evində (Gülbala Şıxbalaoğlu küçəsi,14) təşkil olunacaq qəbulda Ş.Mustafayev Biləsuvar, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, İmişli, Hacıqabul, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin Nazirliyin Aran regional bölməsi (Elbrus Hüseynov, əlaqə telefonu: (02233) 6-73-10, (055) 206-88-52, Yevlax şəhəri, Heydər Əliyev prospekti,34) vasitəsilə qəbula yazılmaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR