Bakıda Macarıstan nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Bakıda Macarıstan nümayəndə heyəti ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 11 aprel 2013 13:34 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, görüşdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora, «WizzAir» aviaşirkətinin direktoru Gyorgi Abran və Macarıstan Ticarət Evinin direktoru Ceyhun Abdullayev iştirak ediblər.


N.Səfərov Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlığın qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğunu vurğulayıb: «İki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsində Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. İnkişaf edən əlaqələrin nəticəsi olaraq, ötən il Bakıda Macarıstan Ticarət Evi açılıb. Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın ötən ilin oktyabrında keçirilmiş III iclasında Budapeşt-Bakı-Budapeşt birbaşa aviareysinin açılması məsələsi müzakirə olunub və bununla bağlı ilkin razılıq əldə edilib. Artıq müvafiq sənədlər imzalanıb və bu ilin ortalarından etibarən bu marşrut üzrə uçuşlar həyata keçiriləcək. Yeni aviareys Azərbaycan-Macarıstan uğurlu əməkdaşlığının daha bir göstəricisi olmaqla, iki ölkə arasında iqtisadi-ticarət və mədəni əlaqələrin genişlənməsində, turizmin inkişafında əhəmiyyətli olacaq. Birbaşa hava xəttinin açılması həmçinin, ölkələrimizin biznes dairələrinin işgüzar əlaqələrinin genişlənməsində, sərnişin və yük dövriyyəsinin artmasına xidmət edəcək».


Səfir J.Çutora iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, yeni aviareysin Macarıstan-Azərbaycan əməkdaşlığının daha da genişlənməsində, iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR