Kürdə boğulan Şirvan sakininin meyiti tapılıb

Kürdə boğulan Şirvan sakininin meyiti tapılıb
# 23 iyul 2014 09:17 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunun Kür çayı ərazisindən keçən hissəsində batan Şirvan şəhər sakininin meyiti sudan çıxarılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu gün saat 11.00 radələrində Kür çayının Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən hissəsində iyulun 22-də Kürdə dostları ilə çimərkən batan 32 yaşlı Şirvan şəhər sakini Şirinov Əlvan Mehman oğlunun meyiti tapılıb. Meyit Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən Ə.Şirinovun boğulduğu yerdən 50 metr aralıdan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR