2026-cı ilin yanvar–sentyabr aylarında AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmi-bərələri ilə 21 939 nəfər sərnişin daşınıb.
"APA-Economics" xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% çoxdur. Belə ki, 2025-ci ilin yanvar–sentyabr aylarında gəmi-bərələrlə 19 289 nəfər sərnişin daşınıb.
Təkcə bu ilin sentyabr ayında isə ASCO-nun gəmi-bərələri ilə 2 907 nəfər sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 40% çoxdur. 2025-ci ilin sentyabrında bu göstərici 2 076 nəfər təşkil edib.