YAP aprel döyüşlərində iştirak etmiş bir qrup hərbçi ailəsinin yay istirahətini təşkil edir

YAP aprel döyüşlərində iştirak etmiş bir qrup hərbçi ailəsinin yay istirahətini təşkil edir
# 11 iyul 2016 10:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına start verilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilin aprelində erməni işğalçıları tərəfindən törədilən təxribatların qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahəti Lənkəran rayonu ərazisində yerləşən “Palıdlı sahil” istirahət mərkəzində təşkil edilib.

Bu kampaniya mərhələli şəkildə yay mövsümünün sonuna qədər davam edəcək. Partiya bəyan edib ki, onlar tərəfindən atılmış bu addım Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə ümumxalq inamının və dəstəyinin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsi kimi dəyərləndirilməlidir. Yeni Azərbaycan Partiyası bundan əvvəl də dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsaitlər köçürüb.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilin aprelində erməni işğalçıları tərəfindən törədilən təxribatların qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahəti Lənkəran rayonu ərazisində yerləşən “Palıdlı sahil” istirahət mərkəzində təşkil edilib.

Bu kampaniya mərhələli şəkildə yay mövsümünün sonuna qədər davam edəcək. Partiya bəyan edib ki, onlar tərəfindən atılmış bu addım Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə ümumxalq inamının və dəstəyinin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsi kimi dəyərləndirilməlidir. Yeni Azərbaycan Partiyası bundan əvvəl də dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsaitlər köçürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR