Baş nazir quru sərhədlərinin bağlanmasına münasibət bildirib

Baş nazir quru sərhədlərinin bağlanmasına münasibət bildirib
# 15 mart 2024 16:41 (UTC +04:00)

Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, 2020-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb: “Bu, mənim Baş nazir kimi səlahiyyətimdir, mən buna imza atmışam. Bu yaxınlarda sərhədlərin yenə də 3 aylıq bağlı qalmasına qərar verilib.

Baş nazir xatırladıb ki, 2021-ci ildə quru sərhədləri bağlı olsa da, ÜDM-in artımı 5,6 faiz, 2022-ci ildə isə 4,6 faiz olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR