Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi I rübdə təxminən 2 dəfə artıb

Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi I rübdə təxminən 2 dəfə artıb
# 03 may 2013 11:17 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin strukturunda elektron ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə artaraq 508,2 min manat olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, elektron ticarət üzrə istehlak mallarının satışının 88,3%-i hüquqi şəxslərin, 11,7%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin ticarət subyektlərində həyata keçirilib.

«Elektron ticarət əsasında realizə olunmuş ərzaq məhsullarının həcmi 2,6 dəfə artaraq 29,5 min manata, qeyri-ərzaq mallarının satışı isə 1,9 dəfə artaraq 478,7 min manat bərabər olub. Elektron ticarət dövriyyəsinin 94,2%-ni qeyri-ərzaq mallarının satışı təşkil edib», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR