Paşha Bank
Bank Of Baku

Hacıqabul–Bəhrəmtəpə–Mincivan yolunda qanun pozuntusunun aradan qaldırılması tələb olunub - VİDEO

Hacıqabul–Bəhrəmtəpə–Mincivan yolunda qanun pozuntusunun aradan qaldırılması tələb olunub - VİDEO
# 27 noyabr 2026 09:42 (UTC +04:00)

Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun mühafizə zolağından müvafiq icazə alınmadan obyektə giriş-çıxış yolu təşkil edilib.

APA-Economics xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, qanunvericiliyə əsasən, respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağı hərəkətin hər bir istiqaməti üzrə yolun hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyən edilir.

AAYDA-nın tabeliyində fəaliyyət göstərən Avtomobil Yollarının Mühafizə Xidmətinin əməkdaşı tərəfindən aşkar edilmiş qanun pozuntusunun aradan qaldırılması tələb olunub.

Qeyd olunub ki, məqsəd sahibkarlıq fəaliyyətinə mane olmaq deyil, avtomobil yollarından qanunvericiliyə uyğun istifadəni, yol infrastrukturunun qorunmasını və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR